Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu barədə 29 noyabr tarixində Report məlumat verib.
Bu mərhələdə Laçına daha 17 ailə - 63 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtı ilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 363 ailənin, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin edilib.