Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu barədə Report 10 oktyabr tarixində xəbər verib.
Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülür.
Köçürülən ailələr Füzuli şəhərində Azərbaycan dövləti tərəfindən yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.
[caption id="attachment_134229" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]