Azərbaycanın daha bir parataekvondoçusu açıq dünya çağırış yarışında medal əldə edib.
Bu barədə İnsanoid bu gün, 22 avqust tarixində Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir.
G4 kateqoriyalı beynəlxalq turnirin ikinci günündə Əbülfəz Abuzərli (80 kq, K-44) bürünc medal qazanaraq fəxri kürsuyə yüksəlib.
Bununla da komandanın turnirdə qazandığı medal sayı ikiyə çatıb. Daha əvvəl İmaməddin Xəlilov (70 kq, K-44) qızıl medal əldə edərək, çempion tituluna sahib olub.
Turnir Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilir.
[gallery link="file" columns="1" size="full" ids="126569"]