Birinci Qarabağ müharibəsində Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Niftəliyev Adil Kamal oğlu Xaçmazda dəfn olunub.
Bu barədə İnsanoid bu gün, 24 avqust tarixində Report-a istinadən xəbər verir.
Şəhid ata və anasının dəfn olunduğu Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.
Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini, 1966-cı il təvəllüdlü Niftəliyev Adil Kamal oğlu birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Onun meyitinin qalıqları 31 il sonra Daşaltı kəndində aşkarlanıb.
[gallery link="file" size="full" ids="126951,126950,126949"]