Şuşanın Daşaltı kəndində bir tondan artıq çətənə bitkisi məhv edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 26 iyun tarixində xəbər verir.
Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.