Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 28-də Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə 28 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Görüş Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sentyabrın 27-dək yaşadıqları ərazinin polis orqanına, həmçinin DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq.