Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir. Bu barədə İnsanoid bu gün, 14 avqust tarixində Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanında müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 14 – 15 avqust tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etməlidirlər.
Ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4