Bakıda qanunsuz formada Azərbaycanda yaşayan Nepal vətəndaşları saxlanılıblar. Bu barədə 25 iyul tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İyulun 24-də Bakı şəhərində Azərbaycan Respublikasında olma və yaşama hüququ verən sənədləri olmayan 25 Nepal vətəndaşı müəyyən edilib.
Onlar saxlanılıblar və barələrində “Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmadan, yaxud qeydiyyatsız yaşama” maddəsinə əsasən, protokol tərtib edilib.
Həmin şəxslərin ölkəmizdən tranzit kimi istifadə edərək qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istədikləri məlum olub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.