Bakı metrostansiyalarında 4 azyaşlını dilənçiliyə sövq edən 1984-cü il təvəllüdlü R.Məmmədova saxlanılıb. Bu barədə 1 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
R.Məmmədova öz qohumlarının övladlarını dilənçiliyə sövq etdiyinə görə barəsində protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə R.Məmmədova 10 gün müddətində inzibati həbslə tənbeh edilib.
"Azyaşlıların valideynləri Polis Şöbəsinə dəvət olunaraq profilaktik söhbətlər aparıldıqdan sonra övladları onlara təhvil verilib", - məlumatda qeyd olunub.