Ağsuda İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər tutulublar. Bu barədə 26 iyul tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyinindən məlumat verilib.
Saxlanılanlar Beyləqan rayon sakinləri - əvvəllər məhkum olunmuş İlqar və İbrahim Quliyevlərdir. Axtarış zamanı İbrahim Quliyevdən bükümlərdə psixotrop maddə olan metamfetamin və qurudulmuş marixuana götürülüb. Onun idarə etdiyi “KIA” markalı avtomobildən isə 1 kiloqram 50 qram metamfetamin, 1 kiloqram 100 qram qurudulmuş marixuana və 510 qram heroin aşkarlanıb.
İlkin ifadələrində saxlanılan şəxslər həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları iranlı narkotacirdən əldə etdiklərini və pul müqabilində Ağsudan Bakıya aparıb satmaq istədiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[gallery link="file" columns="2" size="full" ids="123378,123379"]