Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30 000 dollar və geyim əşyaları olan çantanın oğurlanması barədə Polis Bölməsinə müraciət daxil olub. Bu barədə 7 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.