Bakıda 1 400 manat dəyərində parklanma lövhələri oğurlanıb. Bu barədə 4 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, noyabrın 3-də Səbail rayonu ərazisindən 1 400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.