Bakıda evdən 8500 manat və 11000 dollar pul, 13000 manatlıq qızıl oğurlanıb. Bu barədə 9 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birində qeydə alınıb.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.