Bakıda poçtdan pul və lotereya biletləri oğurlanıb. Bu barədə 31 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Oktyabrın 29-da Xətai rayon ərazisindəki poçtların birindən 1 040 manat pul və 2 600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.