Cinayət Məcəlləsinin “Oğurluq” və “Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə” maddələri ilə axtarışda olan 40 yaşlı Rüstəm Əzizov saxlanılıb.
Bu barədə 5 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onun Abşeron rayonunun Qobu, Atyalı və Aşağı Güzdək qəsəbələrində müxtəlif vaxtlarda 3 evdən pul və ümumlikdə dəyəri 10 000 manatdan çox olan qızıl-zinət əşyaları oğurlaması müəyyən olunub.