Gəncə dəmir yolu vağzalı ərazisindən 7 ədəd kanalizasiya qapağının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 17 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Gülşad Ağasiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.