Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Gədəbəydə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə 15 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Vilayət Eyvazov tərəfindən yanvar ayının 17-də Gədəbəy Rayon Polis Şöbəsində keçirilməsi nəzərdə tutulan Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu yanvar ayının 25-də olacaq.