Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb. Bu barədə APA 24 may tarixində xəbər verib.
Diplomatik korpusun üzvləri və hərbi attaşelər mayın 24-də Laçına səfər çərçivəsində Həkəri çayına balıq körpələri buraxıblar.
Qeyd edək ki, Həkəri çayına daha əvvəl də balıq körpələri buraxılıb. Məqsəd Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə verməkdir.