Bərdədə dostu ilə birləşib qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə 14 dekabr tarixində Apa məlumat verib.
İstintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, zərərçəkmiş kənd ərazisindəki subartezian quyusunun yanında müxtəlif dərəcəli bədən xəsarətləri alıb, daha sonra transformatorun içərisində öldürülüb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.