İrandan Azərbaycana qanunsuz keçməyə çalışan Əfqanıstan İslam Əmirliyinin iki vətəndaşı saxlanılıb.
İnsanoid.com DSX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran istiqamətindən Azərbaycana keçməyə cəhd edən iki Əfqanıstan vətəndaşı saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.