“BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq. Bu barədə 19 yanvar tarixində “Baku Bus” MMC məlumat verib.
Ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks-istiqamətə olacaq.
Avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.
Gediş haqqı 80 qəpik olacaq.