Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının tərkibi genişləndirilib. Bu barədə 17 oktyabr tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Elmira Axundova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin olunub.
Qeyd edək ki, E.Axundova Milli Məclisin deputatı olub və Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində işləyib.