Əməkdar jurnalist Rəhman Orxan vəfat edib. Bu barədə 2 fevral tarixində Report məlumat verib.
Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.