17 oktyabr 2020-ci ildə gecə saat 01:00 radələrində Gəncə şəhərinin mərkəzi Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket və bombalardan atəşə tutulur.
Baş vermiş terror hadisəsi nəticəsində içərisində azyaşlılar, qadınlar və qocalar olmaqla 15 nəfər həlak olub, 45-dən çox şəxs yaralanıb. Bundan əlavə, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Ümumilikdə Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla 26 nəfər həlak olmuş, 29-u uşaq olmaqla 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.