Ötən gün ərzində dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib.
Bu barədə İnsanoid bu gün, 3 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Görədil”, “Astara”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində, "Şirvan", “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.