Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başlayıb. Bu barədə 5 fevral tarixində İnsanoid xəbər verir.
Bakı Marşal Klubu (BMK) bu il Bakıda keçiriləcək "Formula 1" yarışının marşal qeydiyyatı proqramına start verib. Yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs proqrama qoşula bilər.
"Formula 1" yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziyası veriləcək.
Beynəlxalq lisenziya marşallara xaricdə keçiriləcək "Formula 1" üzrə Qran-pri və digər avtoidman yarışlarına qatılmaq hüququ verəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.