Füzuli rayonunun Aşağı Veysəlli kəndində avtomobillərin tank əleyhinə minaya düşməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Bu barədə 13 oktyabr tarixində Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 36 yaşlı Famil Əbilov həlak olub,“Mercedes-Benz Atego”ın sürücüsü, 23 yaşlı Namaz Bayramov isə xəsarət alıb.
ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə getməməyə və müəyyən edilmiş qaydalara ciddi əməl etməyə çağırıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.