Bu gün Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Füzuli şəhərində ilk dəfədir ki, Şəhər Günü qeyd edilir. Bu barədə 17 oktyabr tarixində Report məlumat verib.
Şəhər Günü bayram tədbirində deputatlar, xarici ölkələrin diplomatları, Füzuli sakinləri, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.
İncəsənət nümayəndələri konsert proqramı ilə çıxış edirlər.
Qeyd edək ki, Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
[gallery link="file" columns="1" size="full" ids="134884"]