Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın yağışlı olacağı gözlənilir. Arabir güclənən cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.
Rayonlarda hava yağmurlu keçəcək. Bəzi şərq rayonlarında yağışın intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.