Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobilindən ümumi çəkisi 222 qram olan zərgərlik məmulatları aşkarlanıb. Bu haqda dekabrın 13-də Dövlət Gömrük Komitəsi məlumat verib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsindən 585 əyarlı qızıldan hazırlanan 3 ədəd sancaq, 6 ədəd kulon, 7 ədəd üzük, 15 cüt sırğa, 7 ədəd boyunbağı və 26 ədəd qolbaq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.