Gədəbəydə piyadanı yük avtomobili vurub. Bu barədə İnsanoid bu gün, 31 iyul tarixində Report-a istinadən xəbər verir.
Hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Yolu keçmək istəyən 87 yaşlı Qaraqız Cəfərovanı “KamAZ” markalı yük avtomobili vurub.
Piyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.