Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid bu gün, 17 avqust tarixində Report-a istinadən xəbər verir.
Hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb.
Yolu keçmək istəyən 58 yaşlı Ələsgər Allahverdiyevi avtomobil vurub.
O, aldığı xəsarətdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.