Gəncədə intihar hadisəsi baş verib. Bu barədə 4 dekabr tarixində APA məlumat verib.
1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Şahbuz Xanlı yaşadığı evin zirzəmisində sol qolunu kəsici alətlə kəsərək intihar edib.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.