Gəncə polisi şəhər ərazisində köşklərə qeyri-qanuni yolla daxil olaraq, oradan nağd pul, tütün, energetik içki, digər satış mallarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 4 dekabr tarixində xəbər verir.
Araşdırmalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Xalıq Məmmədov cari ilin noyabr ayında şəhər ərazisində fəaliyyət göstərən 2 köşkə qeyri-qanuni yolla daxil olaraq, ümumi dəyəri 5 min manata yaxın müxtəlif əmtəə mallarını və nağd pul vəsaitlərini oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.