Gəncədə yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.
Hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus 20 kvadratmetrlik mağazada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mağazaya bitişik olan ev yanğından mühafizə olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
Hadisə ilə bağlı FHN məlumat yayıb. Məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 20 kv.m olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün 15 kv.m sahədə yanar konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində qismən ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.