Gəncədə “Mercedes” və “Chevrolet” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıblar. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 19 dekabr tarixində xəbər verir.
Sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar tibbi müayinədən keçirilib və fakt öz təsdiqini tapıb. Fuad Məmmədov və Roman Əliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.
Bundan başqa, monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə qanunla qadağan edilmiş konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
![]()