Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 22 oktyabr tarixində Report məlumat verib.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı avtomobil Gəncə şəhər sakini, Siyavuş Niyazovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.