Gəncə polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində səmərəli tədbirlər həyata keçirib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 16 oktyabr tarixində xəbər verir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 nəfərin üzərindən çeşidli narkotik və psixotrop maddələr, o cümlədən güclü təsiredici narkotik vasitələr aşkar olunaraq, qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.
Hazırda bu qəbildən olan tədbirlər davam etdirilir.