Gəncədə yol qəzası baş verib. Bu barədə noyabrın 8-də İnsanoid APA-ya istinadən xəbər verir.
Hadisə “Əlillərin dairəsi” adlanan ərazidə qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü və bir sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.