Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandası Avropa çempionatına yollanıb. Bu barədə APA 16 oktyabr tarixində xəbər verib.
Bunu Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidməti açıqlayıb.
Millinin üzvləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu (böyüklər), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü medallar uğrunda mübarizə aparacaq. 31-ci Avropa çempionatı oktyabrın 18-dən 22-dək davam edəcək.
Yarış Bolqarıstanın Varna şəhərində keçiriləcək.