Google Azərbaycanın Novruz bayramına “doodle” həsr edib. Bu haqda bu gün, 21 mart tarixində İnsanoid məlumat verir.
Belə ki, Google axtarış sisteminin əsas səhifəsində azərbaycanlı istifadəçilər interaktiv təsvirə baxa, onun üzərinə klikləməklə Novruz bayramı ilə bağlı lazım olan bütün məlumatları əldə edə bilərlər.
Novruz 2009-cu ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
"Doodle" - əsas səhifədə yerləşdirilən xüsusi Google loqoları axtarış sisteminin ziyarətçilərini tarixdə iz qoymuş məşhur insanların əlamətdar tarixləri, hadisələri və ad günləri barədə məlumat verir.