top
Goranboy rayonunda Muncuqlutəpə nekropolu tapılıb
09 oktyabr 2023, 08:01
- ↺ +

Goranboy rayonunda Muncuqlutəpə nekropolu tapılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboyda Muncuqlutəpə nekropolu tapılıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.

Rayonun Tatarlı kəndi ərazisində insan sümükləri, saxsı qablar və metal əşyalar aşkar edilib. Aşkar edilənlərin eramızdan əvvəl təxminən 8-7-ci əsrlərə aid olduğu güman edilir. Qazıntı işləri təxminən bir hektar ərazini əhatə edən nekropolun hələ ki, iki yüz kvadratlıq sahəsində aparılıb.

Qəbirlərdən çoxlu sayda muncuq aşkarlandığından nekropola Muncuqlutəpə adı verilib.

Qazıntı aparılan ərazi çay yatağından bir qədər aralıda yerləşir. Yaxınlıqda Qalaboynu qədim yaşayış yeri, Gölyeri eneolit və erkən tunc dövrü yaşayış yeri var və çoxsaylı kurqanlarla əhatə olunub. Ərazi qədimdə sıx məskunlaşılıb, konkret bu nekropola gəldikdə, burada dəfn olunanların Qalaboynu yaşayış yerinin sakinləri olduğu ehtimal olunur. Aşkarlanan qəbirlərdə insan skeletləri ilə yanaşı, məişət əşyalarına da rast gəlinir. Kənd ərazisində son tunc erkən dəmir dövrünə aid 30-a qədər qəbir aşkarlanıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru dosent Müzəffər Hüseynov bildirib ki, Muncuqlutəpə nekropolu 2007-ci ildə qeydə alınıb:

“Qəbirlərdə zoomorf tipli qablar, kişi qəbirlərində silahlar, qadın qəbirlərində bəzək əşyaları üstünlük təşkil edir. Bəzək əşyaları əqiqdən, sedalitdən, tuncdan hazırlanıb, bəzi bəzək əşyaları var ki, onlar assuriya tiplidir, yəni gətirilmədir, ümumiyyətlə buradan bir neçə assuriya tipli qablar da aşkar olunub. Nəlbəki formalı vaza tipli qablar isə eradan əvvəl 8-7-ci əsrlərdə bu ərazinin tayfaları ilə ön Asiyanın tayfaları arasında mədəni iqtisadi əlaqələri göstərir. Goranboy rayonu ərazisində 28 dövlət qeydiyyatında olan, 40 yeni aşkar olunmuş abidə var. Son dövrlərdə rayonun Qaraçinar kəndində arxeoloji qazıntı işləri aparılıb. Rayonun ərazisində aparılan qazıntı işlərində Azərbaycan arxeoloqları ilə bərabər, xarici arxeoloqlar da iştirak ediblər. Bunların içərisində İtaliya və Fransa arxeoloqları da olub. Oradan aşkar edilən maddi-mədəniyyət nümunələri laborator şəraitdə tədqiq olunacaq və müəyyən nümunələr xarici ölkələrə göndəriləcək”.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Bu gün, 11:13

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Yerli xəbərlər
Bu gün, 10:54

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Yerli xəbərlər
Bu gün, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Yerli xəbərlər
Bu gün, 10:39

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi - VİDEO

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Oxşar xəbərlər