Goranboyun Səfikürd kəndində yol qəzası baş verib. Bu barədə İnsanoid bu gün, 16 avqust tarixində Report-a istinadən xəbər verir.
Hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
"VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 33 yaşlı F.Adıgözəlova və onun həyat yoldaşı xəsarət alıblar.
Qəza zamanı zərərçəkənlərin avtomobildə olan iki övladı xəsarət almayıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.