Goranboyda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 7 oktyabr tarixində xəbər verir.
Rayonun Veysli kəndində 27 yaşlı Pərvanə Yolçuyeva və onun 57 yaşlı anası Siyatel Əliyeva bıçaqlanıblar.
Yaralılar xəstəxanaya aparılıblar.
Hər iki şəxsi ailənin kürəkəni, Nihat adlı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.