Goranboyda evə girən oğrular ər-arvadı döyüblər. Bu barədə Report 10 oktyabr tarixində xəbər verib.
Hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib.
Xəsarət alan 72 yaşlı Səməd Verdiyev və onun 71 yaşlı həyat yoldaşı Sədaqət Verdiyeva xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər.
Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.