Goranboyda evdən oğurluq olub. Insanoid bu barədə 30 iyun tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Evin sahibi, Baxçakürd kənd sakini Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) faktla bağlı müraciət ünvanlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluğu rayon sakini Elşən Həsənovun törətdiyi müəyyən edilib.
Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən ümumi dəyəri 12.000 manat olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurladığı aşkar edilib.
Araşdırma aparılır.