Goranboyun Börü, Gürzallar kəndlərində, Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində dağlardan axıb gələn sel sularının yaratdığı fəsadlar aradan qaldırılır. Bu barədə İnsanoid bu gün, 30 avqust tarixində Report-a istinadən xəbər verir.
Leysan yağışlarından sonra Aşağı Ağcakənd qəsəbəsində və yaxın kəndlərdə sel, yağış suları həyətyanı sahələrə, evlərin zirzəmilərinə dolub, əkin sahələrinə zərər dəyib.
Sel suları həyətlərdəki su nasoslarını sıradan çıxarıb, bəzi evlərin qapı və divarlarına zərər yetirib.
Selin yaratdığı fəsadlar nəticəsində dəymiş ziyanın miqdarının hesablanmasına başlanılıb.
[gallery link="file" size="full" ids="127598,127600,127597"]