Gürcüstanda yeniyetmə azərbaycanlı qız "həyat yoldaşı" tərəfindən qətlə yetirilib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 7 oktyabr tarixində xəbər verir.
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində ər 14 yaşlı “arvadını” qətlə yetirib.
5 oktyabr tarixində şübhəli iki ay əvvəl “evləndiyi” azyaşlını odlu silahdan atəş açaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb.