Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib. Bu barədə APA 13 oktyabr tarixində xəbər verib.
Hadisə yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.
Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.
O, aldığı güllə yarasından yerindəcə keçinib.
Əraziyə polis cəlb olunub, faktla bağlı istintaqa başlanılıb.