Hacıqabul-Mincivan yolunda avtomobil dərəyə aşıb, bir nəfər dünyasını dəyişib. Bu barədə 19 dekabr tarixində Report məlumat verib.
Bu gün gecə saatlarında Füzuli rayonunun Əhmədbəyli kənd sakini Möhsüm Möhsümzadə idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili dərəyə aşırıb.
Sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.